Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 12:42

Dünya Bankı Ukrayna üçün 650 milyonluq kredit zəmanəti hazırlayır


Ukraynanın baş naziri Volodymyr Groysman (sağda) Dünya Bankının prezidenti Jim Yong Kim ilə Kİyevdə görüşərkən, noyabr, 2017-ci il

Dünya Bankı bildirir ki, Ukraynanın qlobal borc bazarlarından maliyyə əldə etməsi üçün 650 milyon dollarlıq kredit zəmanəti hazırlayır, ancaq Kiyev öncə Beynəlxalq Valyuta Fondunun (BVF) tələb etdiyi iqtisadi islahatları yerinə yetirməlidir.

Dünya Bankının Ukrayna üzrə ofisi avqustun 6-da Facebook səhifəsində yazıb ki, rəsmi Kiyevin xahişilə Ukraynanı 800 milyon dollarlıq maliyyə ilə təmin edəcəyinə zəmanət verəcək. Zəmanəti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) verəcək.

“Təsdiqlənərsə, bu əməliyyat çərçivəsində BYİB 650 milyon dollarlıq zəmanət verəcək ki, bu da Ukraynanın borc bazarından 800 milyon dollar toplamasına kömək edəcək”, – qurum bildirir.

Ancaq Ukraynanın bu təminatı almasından ötrü BVF Kiyevin islahatları bitirdiyini, “makroiqtisadi çərçivənin yetərliliyini” təsdiqləməlidir.

BVF-nin missiyası sentyabrın 6-dan 19-dək Ukraynaya səfər edəcək.

XS
SM
MD
LG