Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:24

Gulnara Karimova məhkəməni uduzdu


Gulnara Karimova 2010-cu ildə
Gulnara Karimova 2010-cu ildə

İsveçrənin cinayət işləri üzrə federal məhkəməsi iyulun 31-də Özbəkistanın mərhum prezidentinin qızı Gulnara Karimova-nın şikayətini rədd edib. AzadlıqRadiosu-nun özbək xidmətinin məlumatına görə, bu, ilkin olaraq Karimova-ya məxsus 800 milyon İsveçrə frankının Daşkəndə qaytarılması prosesini sürətləndirə bilər.

Karimova İsveçrə federal prokurorluğun bu ölkənin bank hesablarındakı 800 milyon İsveçrə frankının təxminən 700 milyonunu (hazırda 701 milyon ABŞ dolları edir – red.) müsadirə etməsinə etirazını bildirirdi. Ərizəni onun Cenevrədəki vəkili Grégoire Mangeat təqdim edib.

Prokurorluğun bu ilin mayında çıxardığı iki order Karimova-nın 800 milyon frankından 686,7 milyonunu müsadirə edib Özbəkistana qaytarmağı nəzərdə tuturdu. Həmin vəsait 2012-ci ildə İsveçrə və Sürix banklarında dondurulub.

KARİMOVA “KOMPROMİSƏ HAZIRDIR”

Bu orderlərin çıxarılmasına Karimova-nın iki keçmiş yaxınının verdiyi ifadələr səbəb olub. Gayane Avakian və Karimova-nın keçmiş sevgilisi Rustam Madumarov prokurorluğa ifadələrində deyiblər ki, bu pullar cinayət yoluyla əldə edilib və oğurlandıqları ölkəyə – Özbəkistana qaytarılsınlar. 2012-ci ildə İsveçrədə qaldırılmış cinayət işində əsas fiqurlar olan Avakian və Madumarov müstəntiqlərdən onların işini daha tez bağlamağı da xahiş ediblər.

Ötən il Gulnara Karimova haqda yayılmış rəsmi bəyanat
Ötən il Gulnara Karimova haqda yayılmış rəsmi bəyanat

Bu ifadələrdən sonra hər ikisi əlavə olaraq korrupsiya və çirkli pulyumada da ittiham olunub.

Gulnara Karimova isə istintaqla əməkdaşlıqdan imtina edib, iddia edib ki, ona məxsus olan pul, o, İsveçrədə məhkəməyə çıxarılmamışdan müsadirə oluna bilməz.

Karimova-nın vəkili şikayət ərizəsində Avakian və Madumarov-un Özbəkistan həbsxanalarında verdikləri ifadələrin dondurulmuş vəsaitin bu ölkəyə qaytarılması üçün yetərli olmadığını vurğulayıb.

Məhkəmənin qərarında isə Karimova-nın vəkilinin etirazı əsassız sayılıb. AzadlıqRadiosu-nun özbək xidməti qərarın surətini avqustun 14-də əldə edib.

Vəkil bu il iyunun 21-22-də Karimova ilə Daşkənddə üçüncü dəfə görüşüb. Onun sözlərinə görə, Özbəkistanda və İsveçrədə açılmış cinayət işlərinin tezliklə bitməsindən ötrü “Karimova müəyyən şərtlərlə kompromisə getməyə hazırdır”.

Ancaq rəsmi Daşkənddən bu təklifə reaksiya gəlməyib.

Özbəkistan Baş Prokurorluğu ötən il iyulun 28-də keçmiş prezident Islam Karimov-un qızına başladılmış cinayət işinin detallarını açıqlayıb. Karimova-nın 2015-ci ildə bir sıra maliyyə cinayətlərində təqsirli bilinərək 5 illik həbsə məhkum edildiyi bəlli olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG