Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:11

Trump keçmiş rəsminin məxfi informasiyaya çıxışını ləğv edir


Soldan sağa: James Comey, James Clapper, Andrew McCabe, Susan Rice, John Brennan, Michael Hayden
Soldan sağa: James Comey, James Clapper, Andrew McCabe, Susan Rice, John Brennan, Michael Hayden

ABŞ prezidenti Donald Trump Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ, ingiliscə CIA) keçmiş direktoru John Brennan-ın məxfi informasiyaya çıxışını ləğv edib. O, digər keçmiş milli təhlükəsizlik rəsmilərini də eyni tədbirlə hədələyib. Opponentləri bunu prezidentin özünün açıq tənqidçilərinə qarşı qisas addımı adlandırıb.

Avqustun 15-də adıçəkilənlərdən çoxu keçmiş prezident Barack Obama və digər prezidentlərin administrasiyasında çalışan kəşfiyyat və hüquq-mühafizə rəsmiləridir. Onlar Trump-ın səhvlərini, düzgün hesab etmədikləri hərəkətlərini daim tənqid ediblər.

“SİYASİ MOTİVLİ” HƏRƏKƏT

Trump deyib ki, Brennan-ın “yanlış davranışı” milli təhlükəsizlik “riskləri” yaradır. O, keçmiş kəşfiyyat rəsmisinin yüksək məxfi sənədlərə və dünyada baş verənlərlə bağlı brifinqlərə çıxışının ləğvini bununla əsaslandırıb.

Ancaq Brennan Trump-ın hərəkətini “hakimiyyətdən sui-istifadə” hesab edir. Trump-ın digər opponentləri isə onu şəxsi düşmənlərindən “düşmən siyahısı” yaratmaqda ittiham edib, bunun “banan respublikaları”, “demokratiyalar deyil, diktaturalara” xas olduğunu vurğulayıb.

MSNBC ilə əməkdaşlıq edən Brennan iddia edib ki, prezident onun azad söz fikrini məhdudlaşdırmağa çalışır, bu “siyasi motivli” hərəkət “amerikalıların hamısını dərindən narahat etməlidir”.

Donald Trump
Donald Trump

Brennan kimi keçmiş yüksək rütbəli rəsmilər məxfi informasiyaya çıxışlarını ona görə saxlayırlar ki, öz varislərinə məsləhətlər verə, həmçinin xarici məsələlər üzrə yüksək səviyyəli mövqelərdə çalışa bilsinlər.

Trump-ın tərəfdarları və tənqidçilərinin fikrincə, onun hərəkəti ABŞ hökumətinin məxfi informasiyaya çıxış prosesinin görünməmiş dərəcədə siyasiləşdirilməsidir, Trump-ın ölkənin kəşfiyyat və hüquq-mühafizə orqanları ilə savaşının güclənməsidir.

HƏDƏFDƏ KİMLƏRDİR

Brennan ötən ay Trump-ın rusiyalı həmkarı Vladimir Putin-lə Finlandiya sammitini “xəyanətə bərabər” adlandırmışdı.

Trump deyib ki, məxfi informasiyaya çıxışını ləğv etmək istədiyi şəxslər sırasında Federal Təhqiqat Bürosunun (FTB) keçmiş direktoru James Comey, Milli Təhlükəsizliyin keçmiş direktoru James Clapper, MKİ-nin keçmiş direktoru Michael Hayden, keçmiş milli təhlükəsizlik müşaviri Susan Rice, FTB-nin keçmiş direktor müavini Andrew McCabe də var.

Comey FTB-nin Rusiya istintaqına rəhbərlik edirdi, Rusiyanın Trump-ın seçki kampaniyası ilə mümkün əlaqələrini araşdırırdı. Trump onu ötən il işdən çıxardı.

Clapper CNN-ə deyib ki, Trump administrasiyası barədə çıxışlarını dayandırmayacaq.

Hayden də Trump-ın təhdidinin onun “nə yazmasına, deməsinə, düşünməsinə” təsir göstərməyəcəyini söyləyib.

Ağ evin mətbuat katibi Sarah Sanders isə Trump-ın təkcə tənqidçilərini hədəfə almadığını vurğulayıb.

Keçmiş dövlət katibi John Kerry, Senatın xarici əlaqələr komitəsinin respublikaçı sədri Bob Coker Trump-ın hərəkətini “banan respublikası”nın davranışına bənzədib.

Konqresdə demokratların fikrincə, Trump “düşmən siyahısı” yaradır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG