Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:07

Terrorçular geri çəkilir?


Las Veqasda öldürülənlərin xatirəsinə göyərçinlər uçurulur
Las Veqasda öldürülənlərin xatirəsinə göyərçinlər uçurulur

Artıq üçüncü ildir dünyada terrorçuluq azalmaqdadır. Merilend Universiteti yeni açıqladığı Qlobal Terrorçuluq Məlumat Bazasında belə deyilir.

Hesabata görə, 2014-cü ildə 17 min, ötən ilsə 11 min terror hücumu törədilib. Bu müddət ərzində terror hücumlarında ölənlərin sayı yarıbayarı azalıb.

Ancaq yenə də, ötən il 1990-2000-ci illərdəkindən daha çox hücumlun törədildiyi bildirilir.

İslam Dövləti (İŞİD) 2017-ci ilin ən fəal terrorçu qrupu olaraq qalsa da, 10% az hücum törədib. 2016-cı ilə baxanda İŞİD-in hücumlarında 40% az adam həlak olub.

İŞİD pik dövrünü 2014-cü ildə yaşayıb, Yaxın Şərqdə irəliləyib, Suriyada Raqqa, İraqda Mosul şəhərlərini tutub. Avropada və başqa yerlərdə törədilmiş bir sıra hücumlara görə də bu qruplaşma məsuliyyəti götürüb. Ancaq o vaxtdan tutduğu ərazilərin böyük qismini itirməkdədir.

Qlobal səviyyədə irəliləyiş qeydə alınsa da, bəzi ölkələrdə daha çox terror hücumları baş verib. Məsələn, Birləşmiş Ştatlarda ölümlə nəticələnən hücumların sayı üç dəfə artıb. Ən ağırı isə oktyabrda Las Veqasdakı atışma olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG