Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:00

Əhalinin 13.4 faizi pensiyaçıdır


Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Maaş və pensiyalar nə qədər artsın?

Bu ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792.8 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, pensiya və müavinətlərə ayrılan vəsaitlərdə artım olub.

Bu ilin 6 ayında bu istiqamətə ötən ildəkindən 118 milyon manat çox vəsait xərclənib. Ümumi vəsaitlərin 97.9 faizini pensiya xərcləri təşkil edib.

DSK-nın məlumatına görə, iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1311.7 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13.4 faizini təşkil edir.

Rəsmi məlumata görə, 6 ayda pensiyaların orta məbləği artıb. Artımın 8.4 faiz olduğu, 219.2 manat təşkil etdiyi bildirilir.

DSK sosial müavinət alanlarla bağlı statistik göstəriciləri də paylaşıb.

2018-ci il iyulun 1-nə ölkədə 409.3 min nəfərə sosial müavinət təyin olunub. Yaşa görə müavinət alanların sayı 42.7 min, əlilliyə görə 64.1 min, ailə başçısını itirməyə görə 45.5 min nəfər olub. Sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 74 min nəfərdir.

Əmək pensiyası almaq hüququ olmayan 54.1 min nəfərə isə kommunal, nəqliyyat və digər xidmətlərdən ötrü müavinət verilib.

Bundan başqa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 320 nəfər qəyyumuna da aylıq müavinət verilib.

Habelə, Qarabağ döyüşlərində həlak olanların ailələrinə, müharibə, Çernobıl əlillərinə də sosial müavinət ödənilib.

DSK prezident təqaüdü təyin olunmuş şəxslərin sayının da artdığını qeyd edir. Onların sayı 6.3 faiz çoxalaraq 62.5 min nəfərə çatıb.

Multimedia

XS
SM
MD
LG