Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:05

Ölkədən qanunsuz çıxarılmış pulları geri istəyirlər


Yerevanda Serzh Sarkisian-ın baş nazirlikdən getməsni bayram edirlər, 23 aprel, 2018-ci il
Yerevanda Serzh Sarkisian-ın baş nazirlikdən getməsni bayram edirlər, 23 aprel, 2018-ci il

Ermənistanın yeni hökuməti ötən illər ölkədən qanunsuz çıxarılmış pulların, heç olmasa, bir hissəsini Dünya Bankının köməyilə qaytarmağa ümid edir. AzadlıqRadiosu-nun erməni xidmətinin məlumatına görə, baş nazirin müavini Ararat Mirzoyan bir neçə gün öncə Dünya Bankına məktub göndərərək prosesə başlamağı xahiş edib.

Hökumətin iqtisadi problemləri öyrənən xidmətinin rəhbəri Qor Tsarukian radioya deyib ki, bundan ötrü Dünya Bankı BMT ilə birlikdə STAR alətini yaradıb. Onun vasitəsilə ikinci ölkənin hüquq-mühafizə orqanları pulları qanunsuz çıxarmış şirkəti aşkarlaya və bir neçə prosedur vasitəsilə onları geri qaytara bilər.

6-14 MİLYARD DOLLAR

Tsarukian Global Financial Integrity beynəlxalq təşkilatının məlumatlarına istinad edib. Həmin qurum bildirir ki, 2004-2017-ci illərdə Ermənistandan qanunsuz şəkildə 6-14 milyard dollar qanunsuz çıxarılıb. Müqayisə üçün, 2017-ci ildə Ermənistanda ÜDM cəmi 11,5 milyard dollar olub.

“Bunlar müxtəlif mexanizmlərlə, pulyuma məqsədilə də çıxarıla bilər, yəni ola bilsin, hökumət təmsilçiləri çıxarmayıb. Yaxud ofşor hesablara qanunsuz köçürülmüş pullar ola bilər. Bir variant da odur ki, pullar qanuni yolla çıxarılıb, amma Ermənistanda əldə olunma mexanizmləri qanuni deyil. Bunlar fərqli situasiyalardır”, – Tsarukian deyib.

“Ermənistanın əvvəlki hakimiyyətlərinin pulların çıxarılmasında günahı varmı?” Hökumət təmsilçisi bu sualı belə cavablandırıb: “Daha ardıcıl davransaydlar, söhbət 6-14 milyard dollardan getməzdi”.

İqtisadçı Vaagn Khachatrian radioya müsahibəsində yeni hökumətin təşəbbüsünü alqışlayıb. Onun fikrincə, qanunsuz çıxarılmış pullar hesabına Ermənistanın xarici borcunu ödəmək olardı. İqtisadçının sözlərinə görə, öncəki hakimiyyəti bu rəqəmlər maraqlandırmayıb, əks halda tədbir görərdilər.

Ermənistanın keçmiş prezidenti Serzh Sarkisian apreldə küçə etirazları nəticəsində baş nazir postundan getməli oldu. Nikol Pashinian mayın 8-də baş nazir seçildi. Bundan sonra hökumət korrupsiyayla mübarizə çərçivəsində bir sıra həbslər gerçəkləşdirib. Elə Sarkisian-ın bir neçə yaxın qohumuna qanunsuz yolla varlanma ittihamı irəli sürülüb.

STAR bildirir ki, son 20 ildə onun sayəsində Filippin hakimiyyəti 1 milyard dollarını qaytara bilib. 2007-ci ildə Peru hakimiyyəti ofşor zonalardan 174 milyon dolları qaytarıb. Nigeriya isə İsveçrə banklarından 700 milyon dollarını geri alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG