Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Putin-lə Berdymukhammedov görüşəcək


Gurbanguly Berdymukhammedov Putinə itini göstərir, oktyabr, 2017-ci il

Avqustun 15-də Rusiya prezidenti Vladimir Putin Soçidə türkmənistanlı həmkarı Gurbanguly Berdymukhammedov ilə görüşməlidir. Kremldə danışıqlarda “ikitərəfli münasibətləri”n müzakirə olunacağını bildirib, “mümkün enerji dialoqu”nu da istisna etməyib.

Tərəflər ötən ilin oktyabrında Aşqabadda “strateji tərəfdaşlıq” razılaşması imzalayıblar.

Rusiya və Türkmənistanın münasibətləri təbii qaz təchizatıyla bağlı mübahisələr üzündən gərginləşib.

Moskva bir neçə ildir Türkmənistandan qaz alışını dayandırıb. Bu Orta Asiya ölkəsi Çini yanacaqla təmin etməkdədir.

Türkmənistan özünü neytral ölkə adlandırır, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil.

Avqustun 12-də isə Putinlə Berdymukhammedov Azərbaycan, İran və Qazaxıstan olan həmkarlarıyla birlikdə Xəzərin hüquqi statusu üzrə yeni konvensiya imzalayıblar.

XS
SM
MD
LG