Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:56

Pensiya islahatına etiraz edən müxalifətçi həbs olunub


Sergei Udaltsov
Sergei Udaltsov

Rusiyada Levy Front (Sol Cəbhə) müxalifət hərəkatının lideri Sergei Udaltsov iyulda keçirilmiş etirazlara görə 30 sutkalıq həbsə məhkum edilib. Etirazlar hökumətin pensiya yaşını qaldırmaq təklifinə qarşı keçirilirdi.

Müxalifətçinin həyat yoldaşı Anastasia Udaltsova ərinin avqustun 14-də həbsi barədə tvitində yazıb. Moskva məhkəməsi onu “ictimai toplantı qaydalarını dəfələrlə pozmaqda” təqsirli bilib.

PUTİNİN REYTİNQİ DÜŞÜB

İyulun 28-də on minlərlə rusiyalı pensiya yaşının qaldırılmasına etiraz aksiyaları keçirib.

Pensiya islahatına etirazlar
Pensiya islahatına etirazlar

Udaltsov Moskvadakı yürüşlərin təşkilatçılarından olub.

Hazırda parlamentdə baxılan qanunvericilik pensiya yaşının kişilər üçün 2018-ci ilədək 60-dan 65-ə, qadınlar üçün 2034-cü ilədək 55-dən 63-ə qaldırılmasını nəzərdə tutur.

Rusiya rəsmiləri illərdir xəbərdarlıq edirlər ki, ölkənin demoqrafiyasını, işçi qüvvəsini, büdcə layihələrini nəzərə alaraq təqaüd yaşı qaldırılmalıdır.

Plan iyunda açıqlanıb və ictimai qəzəb doğurub. Bundan sonra prezident Vladimir Putinin reytinqinin gözəçarpan dərəcədə düşdüyü bildirilir.

Rusiyanın tanınmış müxalifət fəalı olan Udaltsov 2017-ci ilin avqustunda həbsdən buraxılıb. O, 2012-ci ilin mayında Putin və Rusiya hökumətinə etiraz etdiyinə görə 4 il yarımlıq həbsə məhkum edilmişdi.

2012-ci il etirazlarında zorakılıq baş vermişdi. Udaltsov “kütləvi qarışıqlıq” yaratmaqda təqsirli bilinmişdi. Həmin zorakılıqlar görə nümayişçilərlə polis bir-birini ittiham edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG