Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 14:47

Hizballah lideri qruplaşmanın ‘güclü’ olduğunu deyir


Hassan Nasrallah, arxiv fotosu

İranın dəstəklədiyi Hizballah Livan silahlı qruplaşması iddia edir ki, ABŞ sanksiyalarına baxmayaraq həmişəkindən daha güclüdür və “çox tezliklə” Suriyada çoxdandır davam edən müharibədə qələbəni qeyd edəcək.

Hizballah Suriyada prezident Bashar al-Assad qüvvələri ilə yanaşı döyüşür.

Avqustun 14-də Beyrutda etdiyi televiziya çıxışında Sayyed Hassan Nasrallah deyib ki, “Livanda bugünkü dirəniş… regionda fəaliyyətə başladığı dönəmdən indiki kimi güclü olmayıb”.

Hizballah 1982-ci ildən yaranandan İran ona maliyyə və hərbi dəstək göstərir.

Nasrallah-ın iddiasına görə, Birləşmiş Ştatların bu il qruplaşmaya və İrana tətbiq etdiyi sanksiyalar səmərəsiz olub və Tehranda islamçı liderlərə qarşı xalq qiyamına aparmayacaq.

“Onlar İranın xaosa sürüklənəcəyi, rejimin çökəcəyi barədə xülyalar qururlar. Bu illüziyadır, təxəyyüldür və reallıqla əlaqəsi yoxdur. İran 1979-cu ildə İslam İnqilabının qələbəsindən bəri sanksiyalarla üzləşib”, – Nasrallah deyib.

Suriya hökumət qüvvələri İran və Hizballah-ın dəstəyilə ötən il ölkənin xeyli hissəsini yaraqlılardan geri alıb. Münaqişədə 400 mindən çox adam həlak olub, milyonlarla şəxs evindən didərgin düşüb.

XS
SM
MD
LG