Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Koçaryanın mətbuat konfransına imkan verilmədi [Video]


Etriazçılar Robert Koçaryanın mətbuat konfransını pozur, 14 avqust, 2018.
Etriazçılar Robert Koçaryanın mətbuat konfransını pozur, 14 avqust, 2018.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın avqustun 14-ə təyin etdiyi mətbuat konfransı baş tutmayıb.

Bir gün öncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxan sabiq prezident jurnalistlərlə Yerevandakı “Erebuni pıaza”da görüşməli idi.

Lakin “Salam Rob” aksiyasının iştirakçıları və 2008-ci il mart hadisələri zamanı həlak olanların yaxınları tədbirin keçirilməsinə imkan verməyiblər.

Onlar “Köçəryan qatildir” şüarları ilə binaya girərək orada etiraz aksiyası keçiriblər.

Etirazçılar Robert Köçəryanın yenidən həbs edilməsini tələb ediblər.

David Petrosyan-aksiya iştirakçısi bildirib ki, artıq Ermənistan vətəndaşlarında öz ölkəllərinə inam hissi bərpa olub və onlar ədalətsizliyə və qatillərə daha dözə bilməzlər".

Koçaryanın mətbuat konfransına imkan verilmədi
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Buna da bax: Rusiyalı ekspert: ‘Moskva Ermənistanı elə-belə buraxan deyil’

İctimai fəal Vardages Qasparyan isə deyib:

"Mən onun öldürdüyü 10 nəfərin şəkilini simvolik olaraq tutmuşam. Mən salamatam, bu 10 nəfər isə artıq həyatda yoxdular. Qoy Rob gəlib izah eləsin o bu adamları necə öldürüb! Qoy onu vəkilləri gəlib mənə izah etsinlər nəyə görə mənim doğmalarımın qatili toxunulmazdır və nəyə görə onlar onun azadlıqda qalması üçün çalışırlar?"

Robert Köçəryana qarşı 2008-ci ilin 1-2 mart hadisələri ilə bağlı ittiham irəli sürülmüş və iyulun 27-də onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Köçəryan və onun vəkilləri onun həbsini siyasi motivli olduğunu bildirirlər.

2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərində Robert Köçəryanın müttəfiqi Setrj Sarkisyan qalib elan edilmişdi, lakin bəzi siyasi partiyalar bununla razılaşmamış və şəhərin mərkəzində müddətsiz etiraz aksiyasına başlamışdılar. Ermənistanın o zamankı rəhbərliyi isə etirazları yatırmaq üçün şəhərə ordu yeritmişdi, nəticədə 10 nəfər dinc sakin ölmüşdü.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG