Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:57

İtaliyada körpü uçub, 30 nəfər ölüb


Dağılmış körpü

İtaliya rəsmiləri körpünün uçması nəticəsində 30 nəfərin öldüyünü bildirir.

“30-dək adam ölüb, xeyli ağır yaralı var”, – İtaliya baş nazirinin müavini Matteo Salvini avqustun 14-də jurnalistlərə deyib.

İtaliya mülki müdafiə agentliyinin rəhbəri Angelo Borrelli qurbanların hamısının körpüdən uçmuş maşınların içindəkilər olduğunu qeyd edib.

Körpünün 80 metrlik hissəsi dağılıb. Borrelli həmin hissədə 30-35 avtomobilin və üç ağır yük maşınının olduğunu vurğulayıb.

Dağıntılar içindən iki nəfər salamat çıxarılıb.

***

İtaliyanın şimalında avtomobil körpüsü uçub, nəqliyyat naziri bunun “böyük faciə” olacağını deyir.

Məlumatlara görə, Genuya liman şəhəri yaxınlığındakı Morandi körpüsünün sənaye zonasının üzərinə düşən böyük bir hissəsi avqustun 14-də tufan nəticəsində dağılıb, əzilmiş maşınlar dağıntılar içində qalıb.

Adnkronos xəbər agentliyinin yerli təcili yardım xidmətinə istinadla yazmasına görə, “onlarla” adamın həlak olması mümkündür.

ANSA xəbər agentliyi azı 11 nəfərin öldüyünü, dağıntılar altından bir nəfərin çıxarıldığını bildirir. Körpü dağılandan həmin hissədə azı 10 maşın olub.

Agentlik rəsmilərə istinadla yazır ki, 1960-cı illərdə tikilmiş körpünün dağılmasına strukturundakı zəifliyin səbəb olduğu güman edilir.

XS
SM
MD
LG