Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 17:59

Yağış gözlənir


Yağış

Avqustun 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənir. Mülayim şimal-qərb küləyinin əsəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-24, gündüz 25-28, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti təxmin edilir.

Avqustun 15-də Azərbaycanın bəzi rayonlarında da arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi ehtimalı var. Gecə 18-23, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG