Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:56

Rumıniyadakı etirazlarda polis zorakılığı araşdırılır


Avqustun 12-də Buxarestdə etirazlar

Rumıniyada ötən həftə antihökumət etirazlarında iddia olunan polis zorakılığı ilə bağlı istintaq başlanıb. Həmin etirazlarda yüzlərlə adam xəsarət alıb. Etirazlar avqustun 13-də davam edib.

Avqustun 10-da axşam 80 minədək adam Buxarestin küçələrinə çıxaraq hökuməti korrupsiyada ittiham edərək istefasını tələb edib. Etrazçılardan çoxu xaricdə yaşayan rumıniyalılar olub, etirazlara görə vətənə dönüblər.

Polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından, gözyaşardıcı qazdan, dəyənəkdən istifadə edib. 450-dən çox adamın xəsarət aldığı bildirilir. Onlardan 30-u polis əməkdaşıdır. 30-dək etirazçı saxlanıb.

Bu insident həm Rumıniyadan, həm Avropa İttifaqından tənqidlərə səbəb olub.

Avqustun 11-12-də daha kiçik və daha dinc nümayişlər keçirilib. Avqustun 13-də isə 2 minədək adam Buxarestin mərkəzinə yığışıb.

XS
SM
MD
LG