Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:03

Əsgər ölümü hadisəsini prezidentin nəzarətə götürdüyü bildirilir


Baş prokurorun vəfat etmiş əsgərin atasını qəbul etdiyi deyilir.

Bu gün, avqustun 13-də baş prokuror Zakir Qaralovun bir müddət öncə Müdafiə Nazirliyinin hərbi hissələrinin birində naməlum şəraitdə ölən əsgər Fəhmin Əbilovun atası Akif Əbilovu qəbul etdiyi bildirilir.

“Turan” agentliyinin məlumatına görə, Zakir Qaralov mərhum əsgərin atası ilə görüşündə ölüm işinin dövlət başçısının şəxsi nəzarətə götürdüyünü bildirirb. Əsgər atasına fakt üzrə cinayət işi açıldığı söylənib.

Xatırlatma

Avqustun 8-də axşam saatlarında Lerik rayonunun Kıncıvo kənd sakini, 2000-ci il doğumlu Fəhmin Akif oğlu Əbilovun “N” saylı hərbi hissədə özünü güllə ilə vuraraq öldürdüyü bildirilirdi.

Mərhum əsgərin yaxınları isə mediyaya açıqlamalarında F.Əbilovun özünü öldürmə ehtimalının olmadığını, bədənində yara və zorakılıq izləri aşkarlandığını bildirmişdilər.

Müdafiə Nazirliyi əsgər ölümü, eləcə də onun valideynlərinin açıqlaması ilə bağlı hər hansı rəsmi məlumat yaymamışdı.

XS
SM
MD
LG