Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:24

Narkodispanser işi məhkəməyə göndərilib


25 nəfərin ölümünə səbəb olan yanğın
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

25 nəfərin ölümünə səbəb olan yanğın

Martın 2-də Narkoloji Mərkəzdə 25 nəfərin ölümünə səbəb olmuş yanğınla bağlı məhkəmə başlayır. Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq. İş materialları artıq məhkəməyə göndərilib.

Hadisədən sonra dörd nəfər həbs olunub. Öncə Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs – Mahir Abdullayev saxlanılıb. Onlar yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə ittiham olunublar.

Daha sonra Mərkəzdə müalicə olunan şəxslərdən Məhəmməd Məmmədov həbs edilib. İddia olunur ki, həmin gecə dispanserdə yanğını o törədib. M.Məmmədova CM-in 120-ci (qəsdən adam öldürmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib. Onun özünün, vəkili və ya ailə üzvlərinin isə bu ittihamla bağlı mövqeyi məlum deyil.

Həbs olunanlardan şöbə müdiri A.Ələkbərovun səhhətində problem var, o, Penitensiar Xidmətin Müalicə Müəssisəsində əməliyyat olunub. Bu əsasla cinayət işi məhkəməyə göndəriləndə onun işi ayrıca icraata götürülüb.

Yanğın nəticəsində 25 pasiyent ölüb, 29 nəfər xəsarət alıb. Onların hamısı zərərçəkmiş qismində tanınıb. Hadisə nəticəsində dispanserə 37 min manatdan çox ziyan dəydiyi bildirilir.

Multimedia

XS
SM
MD
LG