Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:09

15 yaşlı oğlan kilsəni yandırmaqda şübhəli bilinir


Kondopoqadakı kilsə

Rusiyada müstəntiqlər 15 yaşlı oğlanın Kareliya regionunda 18-ci əsrə aid taxta kilsəyə od vurmaqda əli olmasından şübhələnirlər.

İstintaq Komitəsinin avqustun 13-də bildirməsinə görə, yeniyetmə saxlanıb və psixiatrik yoxlamadan keçəcək.

Kondopoqa şəhərindəki kilsə avqustun 10-da yanğında tamamilə dağılıb.

Mədəni irs abidəsi sayılan kilsə 1774-cü ildə tikilib.

42 metr hündürlükdə olan kilsə Rusiyada ən uca taxta kilsələrdən biri idi.

XS
SM
MD
LG