Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:04

Pakistanda yeni parlament işə başlayıb


Karaçidə müxalifət partiyalarının etiraz aksiyası, 9 avqust, 2018-ci il

Pakistanda yeni seçilmiş parlament üzvləri işə başlayıblar. Ölkədə parlament seçkisi ötən ay keçirilib, seçkidə saxtakarlıq iddiaları da səsləndirilib.

Avqustun 13-də deputatlar Milli Assambleyada keçirilən mərasimdə and içiblər.

Bu həftənin sonuna yaxın 342 üzvlük assambleya yeni baş naziri seçəcək, ondan sonra parlamentin spikeri və müavini seçiləcək.

25 iyul seçkisində Pakistanın Tehrik-e Insaf (PTI) partiyası qələbə qazanıb, keçmiş baş nazir Nawaz Sharif-in Pakistan Müsəlman Liqası- Nawaz partiyasını hakimiyyətdən uzaqlaşdırıb.

PTI hökumət formalaşdırmaqdan ötrü parlamentdə yetərincə yer qazana bilməyib, ancaq partiya koalisiya yaratmağa dəstəyi olduğunu deyir. Partiyanın lideri Imran Khan-ın hökumətin yeni başçısı olacağı gözlənir.

Müxalifət partiyaları seçkinin pozuntular və saxtakarlıqla keçdiyini iddia ediblər.

Seçki günü zorakılıqları zamanı azı 31 nəfər həlak olub.

XS
SM
MD
LG