Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:58

Bir dollar 7,24 lirə oldu


İstanbul, arxiv fotosu
İstanbul, arxiv fotosu

Türkiyə mərkəzi bankı banklara gərəkən likvidliyi tamamilə təmin edəcək, maliyyə sabitliyini saxlamaqdan ötrü bazarların və qiymətlərin sıx monitorinqini aparacaq. Açıqlamanı bank bu gün – avqustun 13-də verib.

***

Türkiyə hökuməti bazardakı təlatümləri yüngülləşdirməkdən ötrü “tədbirlər planı” hazırlayıb. Bu arada türk lirəsinin məzənnəsi ABŞ-dan gözlənən sanksiyalar ucbatından sürətlə düşməkdədir.

“Avqustun 13-dən qurumlarımız gərəkən addımları atacaq və gərəkən açıqlamaları bazarlarla bölüşəcək”, – Türkiyənin maliyyə naziri Berat Albayrak “Hurriyet” qəzetinə deyib.

“Bütün tədbirlərimiz hazırdır”, – deyən nazir detalları açıqlamayıb.

***Buna da bax: Avtoritarlıq, qohumbazlıq və çökən türk lirəsi

ERDOGAN-DAN XƏBƏRDARLIQ

Bir gün öncə prezident Recep Tayyip Erdogan türkləri lirəni dəstəkləmək məqsədilə dollar və avrolarını satmağa çağırıb.

Lirə ölkə iqtisadiyyatı sarıdan narahatlıq və Birləşmiş Ştatlarla münasibətlərin pisləşməsi üzündən ucuzlaşıb.

Avqustun 13-də səhər Asiya-Sakit Okean ticarət zonasında bir dollar 7,24 lirəyə bərabərləşib. Yəni türk valyutası bu il dəyərinin 40 faizini itirib.

Erdogan avqustun 12-də biznesmenlərə xəbərdarlıq edib ki, “xarici valyutanı çəkməyə banklara qaçmasınlar”.

Onun sözlərinə görə, şirkətlər bilməlidirirlər ki, “bu milləti ayaqda saxlamaq təkcə bizim deyil, sənayeçilərin, tacirlərin də işidir”.

***Buna da bax: Erdogan Vaşintonu 1 keşişə görə münasibətləri korlamaqda günahlandırır

Erdogan bir gün öncə deyirdi ki, Birləşmiş Ştatların keşiş Andrew Brunson-u NATO müttəfiqindən üstün tutması təəssüf doğurur.

Brunson Türkiyədə ev dustaqlığındadır, terrorçuluq ittihamları ilə məhkəməsi gedir.

ABŞ prezidenti Donald Trump keşişin azadlığa buraxılmasını tələb edir və Türkiyədən polad və alüminium idxalına tarifləri ikiqat artırıb.

2016-cı ildə saxlanmış Brunson 35 ilədək həbsə məhkum edilə bilər. Onun kürd separatçılara və Erdogan-ın 2016-cı ilin uğursuz çevriliş cəhdinə görə ittiham etdiyi qrupa dəstək verdiyi iddia olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG