Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:24

Mançester şəhərində atışmada 10 nəfər yaralanıb


Foto arxiv

İngiltərənin Mançester şəhərində atışmada 10 nəfər xəsarət alıb.

Bu barədə avqustun 12-də "The Guardian" qəzeti yazıb.

İnsident şəhərdə keçirilən karnavaldan sonra baş verib.

Hücum edən hadisə yerindən qaça bilib.

Karnavala gələnlər müxtəlif dərəcəli xəsarətlər alıblar, amma həyatları təhlükədə deyil.

Hücum karnaval bitdikdən sonra edildiyinə və camaat dağılışmağa başladığına görə, itkidən qaçmaq mümkün olub.

Hazırda hücum edənin kimliyi və hadisənin motivi araşdırılır.

XS
SM
MD
LG