Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:35

Həcc ziyarəti başlayır


Məkkə

Bu gün, avqustun 11-də Azərbaycandan müsəlmanların müqəddəs şəhəri olan Məkkəyə Həcc ziyarəti başlanır.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər ki , avqustun 11-də Azərbaycandan zəvvarların birinci dəstəsi ziyarətə yola düşür.

Bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ümumi sayı 1400 nəfər olmalıdır

Zəvvarların qayıdışı sentyabrın 1-dən 4-nə kimi gözlənilir.

Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər getdiyi bildirilib. Ziyarət ancaq təyyarə vasitəsilə gerçəkləşib. İraq və Suriya ərazilərindəki silahlı münaqişələr üzündən Azərbaycandan avtobusla Həccə getmək dayandırılıb. Ziyarət zəvvarlara təqribən 3580 dollara başa gəlib.

Bu il isə, verilən məlumata görə, yalnız bir variantda təşkil olunan ziyarətin adambaşına qiyməti 4150 ABŞ dollarına yüksəlib.

Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı avqustun 2-i 23-nətəsadüf edir.

Multimedia

XS
SM
MD
LG