Rumınyada keçirilən etiraz aksiyası zamanı baş verən toqquşmalarda polis də daxil olmaqla azı 440 nəfər xəsarət alıb.
AzadlıqRadiosu rumın xidmətinin avqustun 11-də Fövqəladə Hallar Xidməti-nə istinadla yaydığı məlumata görə, 10 polis də daxil olmaqla 65 nəfər xəstəxanaya düşüb.
Avqustun 10-da paytaxt Buxarestdə keçirilən hökumət əleyhinə nümayişə yerli sakinlərlə yanaşı,xaricdə yaşayan 10 minlərlə rumın da qopşulub.
Aksiyaçılar hökumətin istefasını tələb ediblər.
Onlar hakimiyyəti, qanuna düzəliş etməklə korrupsiya ilə mübarizəni zəiflətməyə cəhddə günahlandırırlar.
Buna da bax:"Xaricdəkilər onları ‘çöllərə salan' hökumətin istefasını tələb edirlər"
Hakim Sosial Demokrat partiyası bir sıra korrupsiya əməllərini kriminalsızlaşdırmaq istəsə də, etirazlara görə geri çəkilməli olub.
Prezident Klaus Iohannis, Avropa Komissiyası və ABŞ Rumınya hökumətinin bu cəhdini tənqid ediblər.
Polis nümayişi dağıdarkən gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Aksiyaçılarsa polisi daşa basıb,yandırıcı butulkalar atıblar.
Prezident Klaus İohannis həmçinin nümayişləri zorakılıqda günahlandırıb və bunun yolverilməz olduğunu biuldirib.