Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:56

Rəsmi inflyasiya - 2.8 faiz


Bazarda qiymətlər nə qədər artıb?
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Bazarda qiymətlər nə qədər artıb?

2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərinin ötən ilin eyni dövrünə nisbətən 2.8 faiz bahalaşdığı bildirilir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılır.

Məlumata görə, illik müqayisədə ərzaq məhsullarının qiymətləri 2.8, qeyri-ərzaq mallarının qiymətləri isə 3.4 faiz bahalaşıb.

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində bahalaşmanın 2.3 faiz təşkil etdiyi bildirilir.

DSK vurğulayır ki, aylıq müqayisədə qiymətlərdə, əsasən, ucuzlaşma olub.

Qurumun məlumatına görə, iyulda iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.6, ərzaq məhsullarının qiymətləri isə 1.5 faiz ucuzlaşıb. Qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə cəmi 0.1 faiz bahalaşıb.

1017-ci ildə Azərbaycanda inflyasiya təqribən 12 faiz təşkil etmişdi. Ölkə rəsmiləri 2018-ci ildə inflyasiyanın birrəqəmli olacağına ümid edir.

Multimedia

XS
SM
MD
LG