Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:54

9-cu siniflərdən texnikumlara 9412 nəfər daxil olub


Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən müsabiqənin nəticələrini elan edib.

Avqustun 8-də saat 17:10-dan etibarən Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilən nəticələrə görə, həmin təhsil müəssisələrinə 9 min 412 nəfər qəbul edilib. Qəbul yerlərinin 95.12 faiz təmin edildiyi bildirilir.

Müsabiqənin nəticələrinə görə, Azərbaycan bölməsinə ümumilikdə 9 min 201 nəfər daxil olub. Həmin yerlərdən 4 min 481-i ödənişli, 4 mini ödənişsiz, 720-si isə özəldir.

Rus bölməsinə qəbul olanların ümumi sayı 211 nəfərdir. Onlardan da 113-ü dövlət hesabına, 98-i isə ödənişli və özəl əsaslarla təhsil alacaq.

Qəbul olunanlar bu gün, avqustun 9-dan 24-dək sənədləri təqdim etməklə daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

DİM bəyan edir ki, abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Multimedia

XS
SM
MD
LG