Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 19:52

Ermənistanın keçmiş baş nazirinin qardaşı saxlanıb


Hovik Abrahamian

Ermənistanın keçmiş baş naziri Hovik Abrahamian-ın qardaşı qanunsuz silah əldə edib saxlamaqda şübhəli bilinərək həbs olunub. Məlumatı Ermənistanın təhlükəsizlik xidməti avqustun 8-də yayıb.

Henrik Abrahamian bir neçə dəfə parlamentə seçilib, varlı və nüfuzlu ailənin üzvüdür, Ermənistanda bir neçə şirkəti var.

Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir ki, 2014-2016-cı illərdə baş nazir olmuş Hovik Abrahamian-a məxsus olduğu güman edilən keçmiş mexanika zavodunda silahlar aşkarlanıb. Silah saxlama ittihamıyla Ambik Gevorgian adlı bir şəxs də saxlanıb.

Kütləvi etirazlar nəticəsində Nikol Pashinian baş nazir seçiləndən ölkədə bir neçə hay-küylü həbslər gerçəkləşdirilib.

Təxminən bir ay öncə keçmiş prezident Robert Kocharian saxlanıb. O, 2008-ci il prezident seçkisindən sonrakı etirazlar zamanı hakimiyyəti ələ keçirməkdə və konstitusion quruluşu devirmək cəhdində suçlanır.

XS
SM
MD
LG