Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:49

İran sanksiyalara kiberhücumlarla ‘cavab verə bilər’


İllüstrativ foto
İllüstrativ foto

Birləşmiş Ştatlar İranın sanksiyalara kiberhücumlarla cavab verəcəyinə hazırlaşır. Bunu “The Associated Press” agentliyi kibertəhlükəsizlik və kəşfiyyat ekspertlərinə istinadla yazır.

ABŞ prezidenti Donald Trump avqustun 7-də İrana sanksiyaları bərpa edib.

MAYDA PROQNOZ VERİLMİŞDİ

Kiberhücumlar sarıdan narahatlıq hələ mayda yaranıb, Trump 2015-ci il nüvə sazişindən çıxdığını elan edəndə. Saziş İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona iqtisadi sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Tehranda valyuta alverçisi
Tehranda valyuta alverçisi

“Konkret hədə səslənməsə də, son bir neçə həftədə İranın təhdid fəaliyyətinə dair söz-söhbətin artdığını görürük”, – Recorded Future qlobal kiber təhdidlərlə bağlı kəşfiyyat şirkətindən Priscilla Moriuchi deyib. Massaçusetsdə yerləşən bu şirkət hələ mayda proqnoz vermişdi ki, Birləşmiş Ştatların nüvə sazişindən çıxması iki-dörd ay ərzində İran hökumətinin kiber reaksiyasına səbəb ola bilər.

ABŞ-ın kəşfiyyat agentlikləri İranı Rusiya, Çin və Şimali Koreya ilə bir sırada xarici kiber təhdidlər kimi görür. 2012-2014-cü illərdə ABŞ hakimiyyəti İranı bir sıra hücumlarda ittiham edib. O zaman banklara on milyonlarla dollar ziyan dəymişdi. Vacib infrastruktur hədəfə alınsa da, buna nail olmamışdılar.

İran kiber qabiliyyətindən hücum məqsədilə istifadə etmədiyini deyir, əksinə, ABŞ-ı İranı hədəfə almaqda suçlayır. Bir neçə il öncə Stuxnet kompüter virusu İranın nüvə proqramına aid sentrifuqaları dağıdıb. Stuxnet-in Amerika və İsrail istehsalı olduğu düşünülür.

ƏN AQRESSİV ÖLKƏ

“Birləşmiş Ştatlar dünyada kiber hücumlar sahəsində ən aqressiv ölkə sayılır və bütün dünyada hədəfləri vurmasıyla açıq şəkildə öyünür”, – İranın BMT-dəki diplomatik missiyasının sözçüsü Alireza Miryousefi deyib. O, İranın kiber bacarıqlarının “müstəsna şəkildə müdafiə məqsədli” olduğunu vurğulayıb.

Qassem Soleimani (ortada)
Qassem Soleimani (ortada)

İran İnqilab Keşikçiləri Qvardiyasının elit Qüds Qüvvələri bölümünün rəhbəri general Qassem Soleimani isə ötən ay İranın “asimmetrik müharibə” qabiliyyəti barədə xəbərdarlıq səsləndirmişdi. Agentlik yazır ki, qeyri-ənənəvi müharibəyə bu örtülü eyhama kiberhücumlar da daxil ola bilər.

Trump administrasiyası sanksiyaların bərpasını İranın təcavüzünü önləmək niyyətilə izah edir, yəni, iddia edir ki, Tehranın terrorçuluğa, raket proqramına, Yəmən və Suriyadakı münaqişələrə maliyyəsini kəsmək istəyir.

ABŞ Milli Kəşfiyyat direktorluğunun İran üzrə keçmiş meneceri Norm Roule da düşünür ki, Tehran sanksiyalara cavab olaraq kiber qüvvəsini işə salacaq.

“Birləşmiş Ştatlara iqtisadi ziyan vurmaq bacarıqlarını ortaya qoymaqdan ötrü yaxşı fürsətdir”, – o deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG