Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:58

Moskvanın mərkəzində ‘Sentsovu buraxın’ plakatı


Moskvada etiraz aksiyası, 2 avqust, 2018-ci il

Moskvanın mərkəzində ukraynalı kinorejissor Oleh Sentsov-un azadlığa buraxılması tələbilə nəhəng plakat qaldırılıb. Sentsov artıq 87-ci gündür aclıq aksiyası keçirir

Naməlum fəallar avqustun 8-də Moskva çayının üzərindəki Krımski körpüsündən böyük plakat asıblar.

Sentsov Rusiyanın şimalındakı Yamalo-Nenets regionunda saxlanır.

Vəkili Dmitry Dinze avqustun 7-də ona baş çəkəndən sonra deyib ki, Sentsov 30 kiloqram çəki itirib, qanında hemoqlobinin səviyyəsi xeyli düşüb, nəbzi yavaşıyıb.

Sentsov Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsinə qarşı çıxırdı. O, 2015-ci ildə terror hücumları planlaşdırmaq ittihamıyla həbs olunub. Özü və insan haqları qrupları ittihamı siyasi motivli sayırlar.

O, aclıq aksiyasını Rusiyada siyasi məhbus saydığı 64 ukraynalının azadlığa buraxılması tələbilə keçirir.

İnsan haqları qrupları prezident Vladimir Putin-dən Sentsovu əfv etməyi xahiş ediblər. ancaq Kremlin sözçüsü Dmitry Peskov deyib ki, bunun üçün o özü əfv ərizəsi yazmalıdır.

XS
SM
MD
LG