Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 14:07

ABŞ rusiyalı oliqarxa sanksiya tətbiqini nəzərdən keçirir


Vladimir Yevtushenkov

ABŞ Dövlət Departamenti rusiyalı oliqarx Vladimir Yevtushenkov-a sanksiya tətbiqini nəzərdən keçirir. Onun Sistema şirkətinin Krımda layihələri olması barədə iddialar var. Rusiya Ukraynanın Krım vilayətini 2014-cü ildə ilhaq edib.

Respublikaçı konqresmen Ileana Ros-Lehtinen avqustun 7-də axşam Twitter-də yazıb ki, departament ona təhqiqat getdiyini təsdiqləyən məktub göndərib. O, başqa bir konqresmenlə birlikdə iyunda departamentə məktub göndərərək maqnata qarşı “cəza tədbirləri”ni nəzərdən keçirməsini istəmişdi.

Məktubda Rusiya prezidenti Vladimir Putinin 2016-cı ildə verdiyi bəyanata diqqət yönəldilirdi. Putin deyirdi ki, Yevtushenkov-un AFK Sistema şirkəti Krımda səhiyyə ocaqları tikəcək.

AFK Sistema Rusiyanın ən böyük mobil telefon operatoru olanMTS-ə nəarət edir.

Şirkət Krıma sərmayə yatırmadığını bildirir.

XS
SM
MD
LG