Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:09

İranda qaz partlayışında 3 nəfər ölüb


İran, arxiv fotosu

İranın paytaxtı Tehranda idman kompleksində qaz partlayıb, üç fəhlə həlak olub. Məlumatı İranın dövlət televiziyası yayıb.

Partlayışın avqustun 7-də gecə, təmir zamanı qaz sızması nəticəsində baş verdiyi bildirilir.

İnfrastrukturu köhnəlmiş İran illərdir Qərbin sanksiyaları qarşısında duruş gətirməyə çalışır. Bu ölkədə təhlükəsizlik qaydalarına da yaxşı əməl olunmur.

İyulda Tehranda iki ayrı-ayrı insidentdə zəhərli qaz sızmasından beş nəfər həlak olmuşdu.

XS
SM
MD
LG