Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:42

Saytlara xəbərdarlıq məktubları gəlməkdə davam edir


İnternet

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətindən daha bir sayta xəbərdarlıq məktubu gəldiyi bildirilir.

«Turan» agentliyinin xəbərinə görə, bu gün, avqustun 7-də nazirlik arqument.az saytından da iki yazının çıxarılmasını istəyib.

Arqument.az saytının rəhbəri Şəmşad Ağanın sözlərinə görə, saytdan çıxarılması istənilən yazılar rayonlardakı sosial problemlərlə bağlıdır. Söhbət «Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər»«Rayon sakinləri: İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır» sərlövhəli məqalələrdən gedir.

«Məktub Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanovun adından gəlib. İstinadla yayılmış hər iki yazının saytdan çıxarılması tələb olunur. Bildirilir ki, yazılar silinmədiyi təqdirdə məhkəməyə müraciət ediləcək», - Ş.Ağa qeyd edib.

O, sayta xəbərdarlıq edilməsini siyasi sifariş, mediaya basqı kimi dəyərləndirib.

Məsələyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Nazirliyin Elektron Təhlükəsizlik Xidməti dünən, avqustun 6-da az24saat.org və monitortv.info saytlarına da eyniməzmunlu müraciət göndərmiş, böhtan olduğu iddia edilən bir neçə məqalənin onlardan çıxarılmasını istəmişdi.

Bu gün, avqustun 7-də artıq Səbail Rayon Məhkəməsi az24saat.org saytının blok edilməsi ilə bağlı qərar qəbul edib.

Xatırlatma

Azərbaycanda saytların bloklanmasına, əsasən, ötən il, 2017-ci ildə «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununa edilən dəyişikliklərdən sonra başlanıb. Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Mayın 12-də isə Səbail Rayon Məhkəməsi bununla bağlı qərar verib. Söhbət AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bundan sonra ölkədə daha bir çox saytın da girişinə məhdudiyyət qoyulduğu açıqlanıb.

Multimedia

XS
SM
MD
LG