Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:35

Gömrük yığımları artırılıb


Azərbaycan Nazirlər Kabinetinin “Gömrük yığımlarının məbləğləri”nə dəyişikliklər etdiyi bildirilir.

Qərar bu gün, avqustun 7-də “Xalq Qəzeti”ndə dərc edilib.

Qərarla “Gömrük yığımlarının məbləğləri”nin 2-ci maddəsinə dəyişiklik edilib.

Xəbərdə vurğulanır ki, malın gömrük dəyəri 1000 manatadək olduqda 15 manat (hazırda 10 manatdır), 1000 manatdan yuxarı və 10000 manatadək olduqda 60 manat (hazırda 50 manatdır) tutulacaq.

Malın gömrük dəyəri 50000 manatadək olduqda 120 manat (hazırda 100 manatdır), 100000 manatdan yuxarı və 500000 manatadək olduqda isə 300 manat (hazırda 100 000 manatdan yuxarı olduqda 275 manatdır) ödənilməsi lazım gələcək.

“Gömrük yığımlarının məbləğləri” oxşar ardıcıllıqla davam edir.

Qərara əsasən, Azərbaycanın gömrük ərazisinə gətirilən nəqliyyat vasitələrinin qeydə alınmasından ötrü vəsiqə verilməsinə görə də gömrük yığımları artırılır. Yük, minik avtomobilləri, mikroavtobus və avtobuslardan ötrü bu məbləğ 20 manatdan 30 manata qaldırılıb.

Digər avtonəqliyyat vasitələrindən ötrü isə bu 25 manat (hazırda 15 manat) təşkil edəcək.

Qərarın sentyabrın 6-dan qüvvəyə minəcəyi bildirilir.

Multimedia

XS
SM
MD
LG