Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:46

Rusal zavodlarından birini bağlayır


Rusalın obyektlərindən biri

Rusiyanın alüminium sektorunun nəhəngi Rusal bildirir ki, ABŞ sanksiyaları onu məhz bu ölkədən müştərilərə xidmət göstərən nisbətən kiçik zavodlarından birini bağlamağa məcbur edib. İndi zavodun yüzlərlə işçisi üçün yeni iş yerləri tapılmalıdır.

Şirkət avqustun 6-da bildirib ki, Rusiyanın Kareliya regionundakı Nadvoitsky alüminium kombinatında əməliyyatlar davam edə bilməz, çünki sanksiyalara görə ABŞ müştərilərini itirməkdədir, üstəlik, davamlı xammal da əldə edə bilmir.

Rusal dünyada ikinci böyük alüminium şirkətidir, burada 61 rusiyalı mədənçi və fəhlə çalışır.

Aprelin 6-da qoyulmuş sanksiyaların məqsədi Moskvanı 2016-cı ildə ABŞ-da seçkiyə iddia olunan müdaxiləsinə görə cəzalandırmaqdır. ABŞ müştərilərindən Rusalla oktyabrın 23-dək biznesi dayandırmaq tələb olunur.

Rəsmi rəqəmlərə görə, Nadvoitsky zavodunda 343 nəfər çalışır və Sankt Peterburq şəhərindən 485 kilometr şimalda yerləşən Nadvoitsidə əsas iş yeri sayılır.

Rusal burada çalışanlara başqa şirkətdə iş təklif olunacağını bildirib.

XS
SM
MD
LG