Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:09

Rusiya səfirliyinin rəsmisi Dövlət Departamentinə çağrılıb


Facebook Rusiyaya bağlı şübhəli hesabları silir
Facebook Rusiyaya bağlı şübhəli hesabları silir

Rusiyanın Vaşinqtondakı müvəqqəti işlər vəkili ABŞ Dövlət Departamentinə çağrılıb. Ona Moskvanın sosial media vasitəsilə “zorakılığın təbliği” və ABŞ cəmiyyətini bölmək cəhdləri ilə bağlı sualla verilib.

Departamentin sözçüsü Heather Nauert avqustun 5-də Twitter-də yazıb ki, dövlət katibinin müavini Wess Mitchell Rusiyanın təmsilçisi Dmitry Zhirnov-a bu səylərlə bağlı suallar verib. “Bu aqressiv müdaxiləyə dözməyəcəyik”, – Nauert qeyd edib.

Heather Nauert
Heather Nauert

Twitter postunda avqustun 1-də verilmiş bəyanata link də qoyulub. Həmin bəyanat Facebook sosial şəbəkəsinin iyulun 31-də verdiyi açıqlamayla bağlıydı. Açıqlamada Rusiyadan qaynaqlandığı bildirilən “təkmil” səylərin aşkarlandığı, məqsədin ABŞ-da Konqresə noyabr seçkisi öncəsi ABŞ-da siyasi manipulyasiya olduğu vurğulanırdı.

“DÖZMƏYƏCƏYİK”

Sosial media nəhəngi bu səylərin birbaşa Rusiyaya, yaxud seçkiyə bağlılığını aşkarlamadığını bildirmişdi. Ancaq konqresmenlər deyiblər ki, istifadə olunan metodologiya Rusiyanı göstərir.

Nauert avqustun 1-də bəyanatında Facebook-un bəzi hesabları bağlamaq qərarını alqışladıqlarını, həmin hesabların xaricdən idarə olunduğunu, Birləşmiş Ştatlarda bölücülük və zorakılıq yaydığını vurğulayırdı.

***Buna da bax: Saxta hesablar silindi, yenə Rusiyadan şübhələnirlər

“Rusiyanı və digər məkrli oyunçuları bu ehtiyatsız davranışı dərhal dayandırmağa çağırırıq”, – bəyanatda vurğulanırdı.

“Birləşmiş Ştatlar demokratik proseslərimizi və qurumlarımızı dağıtmağa yönəlik, Rusiyadan gələnlər də daxil bu xarici səylərə dözməyəcək”, – sənəddə deyilirdi.

Rusiyanın TASS dövlət xəbər agentliyi isə avqustun 6-da Rusiya səfirliyinə istinadla yazıb ki, «Dövlət Departamentinin yenə də meqafon diplomatiyasını işə salmasından yalnız təəssüf hissi bildiririk».

ABŞ kəşfiyyat cameəsi Rusiyanın ABŞ-da 2016-cı ildə prezident seçkisinə müdaxiləyə cəhd etməsi qənaətinə gəlib. Bu məqsədlə həssas məsələlərlə bağlı ABŞ cəmiyyətində bölücülük yaratmaq üçün sosial mediadan istifadə olunduğu bildirilib.

Birləşmiş Ştatların kəşfiyyat və təhlükəsizlik icmasının liderləri Ağ evdə brifinq zamanı ölkədə seçkinin təhlükəsizliyi sarıdan narahatlıqlarını dilə gətirib, Rusiyanın ABŞ cəmiyyətində ziddiyyətlərdən istifadə səylərini davam etdirdiyini deyiblər.

Rusiya ABŞ seçkinisə müdaxilə etmədiyini, sosial media vasitəsilə ABŞ cəmiyyətində bölücülük yaratmağa çalışmadığını bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG