Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:50

Khachaturov Moskvaya qayıdıb


Yuri Khachaturov

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Khachaturov ötən şənbə günü – avqustun 4-də Moskvaya qayıdıb və vəzifəsinin icrasına başlayıb. Bu haqda TASS agentliyi KTMT-nın mətbuat katibi Vladimir Zaynetdinova istinadla yazır.

Mətbuat katibi onu da deyib ki, baş katib Ermənistanda ona açılmış cinayət işini şərh etməyəcək, çünki ölkəsinin imicinə ziyan vurmaq istəmir.

“KTMT-nın baş katibi hesab edir ki, bu, Ermənistanın daxili işidir”, – o deyib.

Ermənistanın Xüsusi İstintaq Xidməti ötən ayın sonunda Khachaturov-a qarşı konstitusion quruluşu dəyişmək ittihamı irəli sürüb. Bu ittiham 2008-ci ilin 1 mart, prezident seçkisi sonrası baş verənlərlə bağlıdır.

Khachaturov girov müqabilində azadlığa buraxılıb və ona ölkə ərazisini tərk etməyə icazə verilib. İstintaq çağırarsa, o, dindirilmək üçün Ermənistana qayıtmalıdır.

XS
SM
MD
LG