Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

Pakistanda məktəbləri yandırıblar


Pakistanda məktəblilər, arxiv fotosu

Pakistan polisi ölkənin şimalında azı 12 məktəbin koordinasiyalı şəkildə yandırıldığını bildirir.

Hücumlar avqustun 3-də səhər tezdən şimaldakı Gilgit-Baltistan regionundakı Diamer rayonunda törədilib.

Həmin vaxt məktəblər bağlı olduğundan itki olmayıb.

Yandırılan məktəblərin yarısı qızlar üçündür.

Hücumlara görə məsuliyyəti götürən olmasa da, keçmişdə oxşar insidentlərə görə yaraqlılar günahlandırılıb.

Yanğnlardan sonra yerli sakinlər etiraz aksiyası keçirərək cinayətkarların həbsini, məktəblərin təhlükəsizliyinin gücləndirilməsini tələb ediblər.

Polis cinayət işinin açıldığını bildirib.

Gilgit-Baltistan Əfqanıstan, Çin və mübahisəli Kəşmir regionu ilə həmsərhəd ucqar və dağlıq ərazidir.

Human Rights Watch (HRW) insan haqları təşkilatının məlumatına görə, Pakistanda 25 milyon uşaq məktəbə getmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG