Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Türkiyə və ABŞ nazirləri razılığa gəlir


Andrew Craig Brunson (ortada) İzmirdəki evinə qayıdır, 25 iyul, 2018-ci il
Andrew Craig Brunson (ortada) İzmirdəki evinə qayıdır, 25 iyul, 2018-ci il

Birləşmiş Ştatların dövlət katibi Mike Pompeo bu gün – avqustun 3-də Sinqapurda türkiyəli həmkarı Mevlut Cavusoglu ilə görüşüb. Dövlət Departamentinin məlumatına görə, onlar iki ölkə arasındakı məsələlərin həlli üzrə işi davam etdirməyə razılaşıblar. Məlumatı “Reuters” agentliyi yayıb.

Vaşinqton Türkiyənin iki nazirinə sanksiya tətbiq edib. Səbəb Ankaranın terrorçuluqda ittiham olunan keşişi mühakimə etməsidir. Türkiyə isə sanksiyaları qəbuledilməz adlandırıb.

Pompeo Cavusoglu ilə Sinqapurda region nazirlərinin toplantısı çərçivəsində görüşüb.

“BRUNSON-U QAYTARMAQ VAXTIDIR”

“Onlar bir sıra məsələlərdən danışıblar, konstruktiv söhbətləri olub. İki ölkə arasındakı məsələlərin həlli yönündə işi davam etdirməyə razılaşıblar”, – Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib.

Mike Pompeo
Mike Pompeo

“The Associated Press” agentliyi isə yazır ki, Pompeo türkiyəli həmkarını amerikalı keşişi azadlığa buraxmağa çağırıb.

Keşiş Andrew Craig Brunson ev dustaqlığına buraxılıb və məhkəməsi davam edir.

Sinqapurda Cənub-Şərqi Asiya təhlükəsizlik konfransı çərçivəsində keçirilən görüşdən öncə Pompeo deyib ki, türkiyəli həmkarıyla Brunson-un məsələsini də qaldıracaq. O, Türkiyə nazirlərinə qoyulan sanksiyaları Donald Trump administrasiyasının Brunson işinə necə ciddi yanaşmasının göstəricisi adlandırıb.

“Türklərə bildirildi ki, vaxt gedir və keşiş Brunson-u qaytarmaq vaxtıdır… Bu, bizim türklərlə çoxsaylı məsələmizdən yalnız biridir”, – Pompeo təyyarədə jurnalistlərə söyləyib.

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı konsulluğunun üç türkiyəli işçisi hələ də həbsdədir, Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlar aparır və Rusiyadan qabaqcıl havadan müdafiə sistemləri almağı planlaşdırır.

Mike Pompeo (sağda) Mevlut Cavusoglu ilə görüşür, 4 iyun, 2018-ci il
Mike Pompeo (sağda) Mevlut Cavusoglu ilə görüşür, 4 iyun, 2018-ci il

“GÜNAHSIZDIRLAR”

“Brunson da Türkiyə hökumətinin saxladığı digər amerikalılar kimi evinə qayıtmalıdır… Bu adamları çoxdan saxlayıblar. Onlar günahsızdırlar”, – Pompeo vurğulayıb.

Brunson casusluq və terrorçuluqla bağlı ittihamlarda suçlansa da, Birləşmiş Ştatlar hökuməti bunu qətiyyətlə təkzib edir.

Ötən həftə prezident Donald Trump və vitse prezident Mike Pence Brunson azad olunmazsa, Türkiyəni sanksiyalarla hədələyib. Ancaq Türkiyə prezidenti Recep Tayyip Erdogan ittihamları rədd edərək deyib ki, hökuməti geri çəkilməyəcək.

50 yaşlı Brunson 2016-cı ilin dekabrında, uğursuz çevriliş cəhdindən sonra saxlanıb. Ev dustaqlığına buraxılmasına baxmayaraq, təqsirli bilinərsə, 35 ilədək həbsə məhkum edilə bilər.

Erdogan daha öncə deyirdi ki, ABŞ-da yaşayan Fethullah Gulen ekstradisiya olunarsa, Brunson da qaytarıla bilər. Ankara Guleni uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır, özü bunu danır.

Birləşmiş Ştatların qoyduğu sanksiyalara görə, ədliyyə naziri Abdulhamit Gul və daxili işlər naziri Suleyman Soylu-nun ABŞ yurisdiksiyasında hər hansı əmlakı dondurulur. Amerikanların onlarla iş qurması yasaqlanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG