Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:38

'İnhisarçılıqla mübarizənin əsaslarını baltalamaq'-Media icmalı


Ş.Əsgərov
Ş.Əsgərov

İctimai nəqliyyatda gediş haqlarının bahalaşdırılması, mobil cihazların dövlət qeydiyyatının kəskin artırılması, Azərbaycanda təhsilin səviyyəsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Mən danışıram, sən mənə qulaq as...»

Moderator.az saytında ««Mən danışıram, sən qulaq as, heyvandan adam olar, səndən yox» düşüncəsi gəncləri sındırır» sərlövhəli yazı yer alır.

Müəllif Qərb, xüsusilə ABŞ və Böyük Britaniya universitetlərinin birinci yüzlükdə yer aldıqlarını bildirir. Bunun səbəblərini təhsil eksperti Şahlar Əsgərovla müzakirə edir.

Ş.Əsgərov təhlillərində ABŞ və Azərbaycan təhsil sistemi, müəllim-tələbə münasibətləri barədə də fikirlərini bölüşür.

Ekspert deyib ki, ABŞ təhsil sistemində bu uğurların kökü, sirri müəllim-tələbə münasibətindədir: «Amerikada bu münasibət iki dost münasibətidir, bizdə isə ən yaxşı halda bu münasibət «valideyn–övlad» münasibətidir».

Ekspertə görə, Amerikada müəllim ilə tələbə əlaqələri «subyekt – subyekt» münasibətidir və orada qeyri-səmimiliyə yer yoxdur. Ş.Əsgərov vurğulayıb ki, Azərbaycanda isə bu münasibətlərdə qeyri-səmimilik halları mövcuddur. O, vəziyyəti belə çatdırır: ««Mən danışıram, sən mənə qulaq as. Heyvandan adam olar, səndən heç nə olmaz» düşüncəsi ortadadır. Bu düşüncə gəncləri sındırır».

Ekspert hesab edir ki, Azərbaycanda elm sahəsində ilk növbədə düşüncə tərzində dəyişikliyə nail olmaq lazımdır. Onun fikrincə, əks halda, Azərbaycanın heç bir universitetinin adını nəinki dünyanın ən güclü 10, heç 50 universiteti arasında da görmək indiki nəslə qismət olmayacaq.

Smartfonlar
Smartfonlar

Qiyməti 4 dəfədən 30 dəfəyə kimi qaldırmaq

«Novoye Vremya» qəzetində «İnhisarçıların sevinməsinə» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasının bahalaşdırılmasını müzakirəyə çıxarır.

Yazıda vurğulanıb ki, əhali ictimai nəqliyyatda gediş haqlarının 50 faiz bahalaşdırılması ilə bağlı Tarif Şurasının bu il iyulun 30-da qəbul etdiyi qərarın şokundan çıxmamış mobil cihazların qeydə alınması rüsumunun artırılması ilə üzləşdi.

Nazirlər Kabinetinin qərarına istinadən müəllif qeyd edir ki, mobil avadanlıqların qeydiyyata alınmasından ötrü vətəndaşlar 30 manatdan 150 manatadək rüsum ödəyəcəklər.

Müəllif bildirir ki, yalnız bazar qiyməti 100 dollara qədər olan, internetə çıxışı, foto və video funksiyaları olmayan mobil avadanlıqlardan ötrü rüsum 20 manat olacaq.

Yazıda xatırladılıb ki, buna qədər isə bazar qiymətindən asılı olmadan Azərbaycana gətirilən mobil telefonların qiyməti 5 manat idi.

Müəllif hesab edir ki, belə qiymət artımı əsasızdır: «Mobil avadanlıqların qeydiyyatı ilə bağlı bu radikal qərarı qəbul edən məmurlar sağlam düşüncədən başqa nəyə desən əsaslanıblar. Bu qərar ancaq inhisarçıların xeyrinədir. Yəqin ki, bu qərarın lobbiçiləri elə inhisarçılar özləri olublar. Ona görə də rüsum ödənişinin bahalaşdırılmasının mobil aparatları da bahalaşdıra biləcəyi istisna deyil. Bu qərar mobil telefonları bahalaşdırmaq üçün qəbul ediləcək qərardan öncəki addımdır».

Müəllif hesab edir ki, bu qərar biznesə əlverişli şərait yaratmaq və inhisarçılıqla mübarizə aparmağın əsaslarını baltalamaqdır.

Yazıda vurğulanıb ki, qeydiyyata görə rüsum almaq olar, amma məbləğin 4 dəfədən 30 dəfəyə qədər qaldırılması yolverilməzdir.

Müəllif təəssüflə vurğulayıb ki, cəmiyyət yeni hökumətdən real islahatlar gözləyirdi...

Nəqliyyatda gediş haqqının qalxmasına münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

«Bahalaşmanın zərurəti»

«Azərbaycan» qəzetində «Tarif Şurasının qərarı zərurətdən doğan addımdır» sərlövhəli yazı dərc edilib. Yazıda avtobus və metroda gediş haqlarının 50 faiz bahalaşdırılması ilə bağlı qərar dəyərləndirilir.

Müəllif yazıb ki, bu məsələ ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səslənir, mövqelər ortaya qoyulur: «Diqqətçəkən məqamlardan biri odur ki, ifrat radikal müxalifətin təmsilçiləri və avrotrollar bu qiymət artımından iqtidara qarşı istifadə etməyə çalışaraq onu ağıllarına batan və batmayan bütün günahlarda ittiham etməyə çalışırlar. Bir sözlə, radikal sərtlik nümayiş etdirirlər, Bu, qərəzli mövqedir».

Müəllif isə baş verənləri müasir tələblərə cavab verən, qabaqcıl ölkələrlə rəqabətə gedə bilən ictimai nəqliyyat infrastrukturu yaratmaq istəyi ilə izah edir.

«Bütün bunlar ciddi kapital qoyuluşları hesabına başa gəlir və təbii olaraq istismar xərcləri də artır», - deyə Tarif Şurasına müraciət edən rəsmi qurumlar bildiriblər.

Yazıda rəsmi qurumlara istinadən vurğulanıb ki, Bakı metrosunda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir, qiymət isə 30 qəpiyə qaldırılıb. Amma müəllif qeyd edib ki, Kiyevdə metroda gediş haqqının qiyməti 41-50, Minskdə 55, Daşkənddə 37 qəpik, Moskvada isə Bakıdan dəfələrlə bahadır.

Müəllif sonda da yazıb: «Bir qərar populyar olmaya bilər, lakin hər birimiz yaxşı bilirik ki, belə bir qərarın fonunda onlarla populyar qərarlar qəbul edilir. Son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayənin yatırılması hər bir Azərbaycan vətəndaşının firavan yaşaması üçün atılan addımdır. Zaman verilən bütün qərarların zəruriliyini isbat etmək gücünə qadirdir».

XS
SM
MD
LG