Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 21:04

BMT Yəməndə müharibə tərəflərini sülhə çağırır


Yəməndə hökumət qüvvələri

BMT-nin xüsusi elçisi avqustun 2-də bildirib ki, Yəməndə müharibə edən tərəfləri sentyabrın 6-da Cenevrədə danışıqlara dəvət edəcək. Məqsəd sülh prosesinə yenidən başlamaqdır.

Ərəb dünyasının ən yoxsul ölkəsi olan Yəməndə dörd ilə yaxındır müharibə gedir. Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətlə İranın arxa durduğu şiəməzhəb husi yaraqlıları savaşır.

Daha çox İranla Səudiyyə arasında müharibə sayılan bu toqquşmalarda 10 minədək adam ölüb, 8 milyon nəfər aclıq çəkir. BMT bunu dünyanın ən pis humanitar böhranı adlandırıb.

BMT-nin elçisi Martin Griffiths Nyu Yorkda qurumun Təhlükəsizlik Şurasında deyib ki, danışıqların son raundundan iki il keçib. “Yəmən xalqından ötrü bu müharibə tezliklə başa çatan deyil. Hər gün itirilən həyatları xilas edə bilərdik”, – o vurğulayıb.

Griffiths bu ayın əvvəlində Yəmən prezidenti Abd Rabu Mansour Hadi və husi üsyançıların lideri Abdel Malek al-Huthi ilə görüşüb.

XS
SM
MD
LG