Keçid linkləri

Təcili xəbərlər
2020, 14 Avqust, Cümə, Bakı vaxtı 23:53

İran Tacikistana etiraz edir


Velosipedçilər hücumdan öncə

İran hökuməti Tacikistanın Tehrandakı səfirini çağıraraq ona etiraz bildirib. Səbəb Tacikistanda dörd velosipedçiyə hücumun İranla əlaqələndirilməsinə dair iddialardır.

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, səfir Nematullo Emomzoda avqustun 1-də çağırılıb, ona tacik hökumətinin səsləndirdiyi “saxta və əsassız” iddialarla bağlı “güclü” etiraz bildirilib.

İyulun 29-da Tacikistanın uzaq dağ yolunda dörd əcnəbi velosipedçi öldürülüb, üçü yaralanıb.

İslam Dövləti (İŞİD) silahlı qruplaşması yaydığı videoda hücum edənlərin bu ekstremist təşkilata sadiq olduğunu bildirib.

Ancaq Tacikistan Xarici İşlər Nazirliyi iyulun 31-də hücuma görə Tacikistan İslam İntibah Partiyasını günahlandırıb. Qrupsa iddianı “əsassız və məntiqsiz” adlandırıb.

Nazirlik hücum edənlərə partiyanın “fəal üzvü”ünün rəhbərlik etdiyini, onun “İranda təlim keçdiyini” bəyan edib.

Hökumət bu iddiaları əsaslandıracaq dəlil təqdim etməyib.

İran rəsmiləri tacik səfirə deyiblər ki, sünni eksremistlərə laqeydlik və dözümsüzlük göstərmək regionda sülhə, sabitliyə və təhlükəsizliyə zərbə vurar.

XS
SM
MD
LG