Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 22:09

Qızıl medal aldı, bir neçə dəqiqə sonra oğurladılar


Caucher Birkar

Kembric Universitetinin professoru riyaziyyat üzrə Fields mükafatını alandan bir neçə dəqiqə sonra onu oğurlayıblar.

40 yaşlı İran kürdü Caucher Birkar avqustun 1-də Rio de Janeyroda həmin mükafata layiq görülüb. Ancaq 14 karatlıq qızıl medalın olduğu çamadanının mükafatı alandan sonra bir saat içində yoxa çıxdığını bildirib.

Bu mükafat riyaziyyatçılar üçün Nobel mükafatına bərabərdir və hər dörd ildən bir verilir. Təşkilatçı Beynəlxalq Riyaziyyat Konqresi bildirib ki, insidentdən “dərin təəssüf” hissi keçirir.

Birkar-la yanaşı mükafata Alessio Figalli, Peter Scholze və Akshay Venkatesh də layiq görülüb. Birkar mükafatı kürdlər üçün arzunun həqiqətə çevrilməsi adlandırıb.

Kürdlər İranda, İraqda, Türkiyə və Suriyada yaşayan milli azlıqdır.

“Ümid edirəm, bu xəbər 40 milyon adamın üzündə təbəssüm oyadacaq”, – o deyib.

Tehran Universitetində riyaziyyat oxumuş Birkar 1980-ci illərin İran-İraq müharibəsi zamanı Britaniyadan siyasi sığınacaq və vətəndaşlıq alıb.

2014-cü ildə İrandan Maryam Mirzakhani mükafata ilk layiq görülən qadin olub. O, 2017-ci ildə dünyasını dəyişib.

XS
SM
MD
LG