Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 10:47

Pussy Riot üzvləri buraxılıblar, amma...


Veronika Nikulshina məhkəməyə gəlir

Avqustun 1-də Rusiyada Pussy Riot pank qrupunun üzvləri buraxılıb. Ancaq onlara ittihamlar qalır.

Veronika Nikulshina, Olga Kuracheva və Olga Pakhtusova iyulun 30-da həbsdən çıxandan dərhal sonra saxlanmışdılar. Onlar Moskvada futbol üzrə dünya çempionatının yekun qarşılaşmasında stadiona çıxıb etiraz etdiklərinə görə 15 sutka həbsə məhkum edilmişdilər.

Fəallar bir gecə və bir gün təcridxanada qalandan sonra Xamovniki məhkəməsinin hakimi işə baxmaqdan imtina edib və onu polisə qaytarıb.

Qrup üzvü Pyotr Verzilov tvitində yazıb ki, polis Nikulshina, Kuracheva və Pakhtusova-nı azad edib.

“16 gündən sonra azadlıq!” Verzilov Twitter-də rəqs edən yerdə fotolarını paylaşıb.

Ancaq fəallar avqustun 3-də yenidən polisə getməlidirlər. Onlar yenə bir neçə sutka həbsə məhkum oluna bilərlər.

Dörd fəal Fransa və Xorvatiyanın final yarışmasının ikinci hissəsində Lujniki stadionuna çıxıblar. Həmin yarışı prezidentlər Vladimir Putin və Emmanuel Macron izləyirdi.

Fəallar Putinə etiraz etdiklərini deyiblər, siyasi tələblər irəli sürüblər – siyasi məhbuslar buraxılsın, dinc yürüşlər zamanı həbslərə son qoyulsun və sairə.

Pussy Riot 2012-ci ilin fevralında Moskvanın mərkəzində kilsədə Putinə etiraz nəğməsi səsləndirib. Bundan sonra qrupun üç üzvü “dini nifrətə söykənən xuliqanlıq”da təqsirli bilinərək həbs olunublar.

XS
SM
MD
LG