Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Deputatlar Rouhani-yə bir ay vaxt verdi


Rialın çöküşü, Behnam Mohammadi-nin karikaturası
Rialın çöküşü, Behnam Mohammadi-nin karikaturası

İranlı deputatlar prezident Hassan Rouhani-yə bir ay vaxt verib ki, parlamentdə hökumətin iqtisadi problemləri necə yoluna qoymasıyla bağlı sualları cavablandırsın. Bu haqda “Reuters” dövlət mediasına istinadla yazır.

İlk dəfədir ki, parlament Rouhani-ni hesabat verməyə çağırır. Prezident onsuz da mühafizəkar rəqiblərinin təzyiqi altındadır, Birləşmiş Ştatlarla münasibətlər pisləşəndən, ölkədə iqtisadi çətinliklər baş qaldırandan ondan kabinetini dəyişməyi tələb ediblər.

PREZİDENTDƏN NƏ SORUŞACAQLAR

Yarırəsmi ISNA xəbər agentliyi yazır ki, deputat Rouhani-yə rialın ucuzlaşması, iqtisadi artımın zəifliyi, işsizliyin artmasıyla bağlı suallar verəcəklər. Milli valyuta olan rial apreldən bəri dəyərinin yarıdan çoxunu itirib.

Rouhani 2015-ci ildə nüvə sazişi əldə edincə Qərblə gərginlik azalıb. Ancaq ABŞ prezidenti Donald Trump mayda sazişdən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bildirəndən sonra Rouhani-yə də təzyiq artdı.

Hassan Rouhani
Hassan Rouhani

ISNA yazır ki, deputatlar Rouhani-dən bir məsələni də soruşacaqlar – niyə nüvə sazişinin imzalanmasından üç il keçməsinə baxmayaraq, İran banklarının qlobal maliyyə xidmətlərinə çıxışı hələ də məhdud olaraq qalır.

Nüvə sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

ETİRAZLAR

Bu arada ölkədə ictimai narazılıq da artır. İlin əvvəlindən qiymətlərin yüksəlməsi, su çatışmazlığı, enerji təminatında kəsintilər, iddia olunan korrupsiya hallarına etirazlar baş verib.

Elə dünən – iyulun 31-də yüzlərlə adam İsfahan, Karac, Şiraz, Əhvaz şəhərlərində küçələrə çıxaraq rialın ucuzlaşmasının yaratdığı inflyasiyaya etirazlarını bildiriblər.

Parlamentin spikeri Ali Larijani dövlət televiziyasına deyib ki, Rouhani-nin parlamentin iclasına qatılaraq sualları cavablandırması üçün bir ay vaxt verilib.

Trump bazar ertəsi deyib ki, Rouhani ilə görüşə hazırdır, amma münasibətlərin yaxşılaşdırılmasından ötrü ilkin şərt qoyulmasın. İran rəsmiləri, hərbi komandirləri isə bu təklifi dəyərsiz və “yuxu” adlandırdılar.

Rouhani ötən həftə mərkəzi banka yeni rəhbər təyin edib, dünən hökumətin sözçüsünün istefasını qəbul edib. Görünür, o, iqtisadi komandasında dəyişikliyin vacibliyini anlayır.

Avqustun 1-də 193 deputat prezidentə məktub yazaraq bu dəyişiklikləri “yaxşı başlanğıc nöqtəsi” adlandırıb, hökumətdə “maksimum silkələnmə” aparılmasını istəyiblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG