Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:45

İtkin jurnalistin meyiti tapılıb


Argumenty i Fakty qəzeti, arxiv fotosu

Moskvada çıxan həftəlik Argumenty i Fakty (AiF) qəzetinin jurnalisti Sergei Grachyov itkin düşəndən 11 gün sonra ölü tapılıb. O, Nijni Novqorod şəhərinə ezamiyyətə gedəndən sonra yoxa çıxmışdı.

AiF-in redaktoru Vladimir Shushkin avqustun 1-də Facebook-da yazıb ki, Grachyov-un cəsədi Moskvadan 400 km şərqdə tapılıb.

Ən pis variant rəsmən təsdiqlənib. Nə baş verdiyini dəqiq bilmirik”, – o yazıb.

Jurnalistin ölüm səbəbi, hələlik, açıqlanmayıb.

Qəzet ötən həftə yazmışdı ki, 38 yaşlı Grachyov itkin düşüb, sonuncu dəfə onu iyulun 21-də Nijni Novqorodda Sheraton otelindən çıxan görüblər.

Nijni Novqoroddakı Rys (Lynx) axtarış-xilasetmə qrupu iyulun 31-də onun cəsədinin aşkarlandığını bildirib.

Rusiya İstintaq Komitəsinin Nijni Novqorod şöbəsi meyit yarılandan sonra rəsmi bəyanat veriləcəyini bəyan edib.

XS
SM
MD
LG