Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:00

Elman Rüstəmov gediş haqlarının artırılmasından danışdı


E.Rüstəmov

«Avtobus və metroda qiymət artımının inflyasiyaya yüksəldici təsiri var».

APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov avqustun 1-də keçirilən mətbuat konfransında deyib.

«Lakin düşünmürük ki, bu artım inflyasiyanı 6-7 faizlik hədəf dəhlizindən kənarlaşdıra bilər», - deyə sədr bildirib.

E.Rüstəmov əlavə edib ki, bütövlükdə qiymət dəyişikliyi bu sektorda biznes qurumlarının fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirilə bilər: «Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağlıdır».

Ötən il Azərbaycanda inflyasiya təqribən 12 faiz olub.

Xatırlatma

İyulun 30-da Tarif (qiymət) Şurasının iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 30 qəpik müəyyən edilib. Buna qədər bu qiymət 20 qəpik idi.

Sərnişindaşıma xidməti tarifinin yuxarı həddi şəhərdaxili avtobus marşrutları üzrə də 30 qəpik olub. Bu qərara qədər isə sərnişindaşıma xidməti tarifinin yuxarı həddi 20 qəpik idi.

Yeni tariflər bu gün, avqustun 1-dən qüvvəyə minib.

Multimedia

XS
SM
MD
LG