Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:43

Şimali Koreyanın raket zavodunda ‘fəaliyyət aşkarlanıb’


Sanumdong zavodu peyk təsvirində

Birləşmiş Ştatların kəşfiyyat peykləri Şimali Koreyanın nüvə obyektində fəaliyyətin davam etdiyini bildirir. Söhbət ölkənin Birləşmiş Ştatlara çatmağa qadir ilk qitələrarası ballistik raketlərini istehsal etmiş obyektindən gedir.

“The Washington Post” qəzeti iyulun 30-da adını çəkmədiyi ABŞ rəsmilərinə istinadla yazıb ki, paytaxt Pxenyan yaxınlığındakı Sanumdong zavodunda adıçəkilən iki raketi quraşdırıldığı görünür.

“Reuters” agentliyi daha sonra iki rəsmiyə istinadla peyk təsvirlərində obyektə maşınların girib çıxdığının göründüyünü xəbərləyib.

Bu xəbərlərin yayıldığı dönəmdə Vaşinqtonla Pxenyan arasında münasibətlər istiləşir.

ABŞ prezidenti Donald Trump ötən ay Sinqapurda Şimali Koreya lideri Kim Jong-un-la görüşüb. Tərəflər Koreya yarımadasının nüvəsizləşdirilməsinə doğru işləməyə boyun olublar.

XS
SM
MD
LG