Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:07

İsrailin İran tələbləri ‘real’ deyil


İsrail əsgərləri Golan yüksəkliyində təlim keçir
İsrail əsgərləri Golan yüksəkliyində təlim keçir

İran qüvvələrinin və müttəfiqlərinin Suriyadan çıxmasıyla bağlı İsrailin baş naziri Benjamin Netanyahu-nun tələbləri “real” deyil. Bunu Rusiyanın İsraildəki səfiri deyir.

“İranlılar bizim Suriyada terrorçuları məhv etməyə yönəlik səylərimizdə çox, çox vacib rol oynayırlar”,Anatoly Viktorov iyulun 30-da İsrailin Channel 10 televiziyasına ingiliscə deyib.

“Bu səbəbdən, hazırda istənilən xarici qüvvənin Suriya Ərəb Respublikası ərazisindən çıxarılması tələblərini qeyri-real sayırıq”, – o bildirib.

“ÇIXMAĞA MƏCBUR EDƏ BİLMƏZ”

Viktorov-un deməsinə görə, İran hərbi müşavirləri və müttəfiq döyüşçülərin Suriyada mövcudluğu “tamamilə qanuni, BMT prinsiplərinə uyğundur” və Rusiya onları bu ölkədən “çıxmağa məcbur edə bilməz”.

Suriya Rusiya və İranın, həmçinin Tehranın müttəfiqi olan Livanın Hizballah qruplaşmasının köməyi ilə bu il ölkədə xeyli ərazi üzərində nəzarəti ələ alıb. Ölkədə yeddi ildir davam edən vətəndaş müharibəsində 400 mindən çox ölən olub.

Benjamin Netanyahu (ortada), Rusiyanın baş qərargah rəisi Valery Gerasimov (sağda) və Rusiya prezidenti Vladimir Putin (solda), 11 iyul, Moskva
Benjamin Netanyahu (ortada), Rusiyanın baş qərargah rəisi Valery Gerasimov (sağda) və Rusiya prezidenti Vladimir Putin (solda), 11 iyul, Moskva

İyulun 30-da Suriya ordusunun İsraillə sərhədə nəzarəti möhkəmləndirməsi xəbəri yayılıb. İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasının son qalıqları da bu ərazidən çıxarılıb.

Həm İran, həm də İsraillə dost münasibətləri olan Rusiya son vaxtlar bu iki düşmən ölkə arasında vasitəçi rolunu oynamağa çalışır.

Təl Əviv və Vaşinqton iranlı döyüşçülərin Suriyadan çıxmasını tələb edirlər. İsrail dəfələrlə İranın Suriyadakı obyektlərinə və mövqelərinə raket zərbələri endirib.

Viktorov Channel 10-a deyib ki, Rusiya İsrail hökumətinin “güc”dən bu cür istifadəsindən “məmnun deyil”. Zərbələrdə onlarla iranpərəst döyüşçünün həlak olduğu bildirilir.

“RUSİYANIN İŞİ DEYİL”

Amma diplomat onu da deyib ki, Rusiya İsraili Suriyada necə davranmaq üçün “dilə tuta” söyləyə bilməz. “Ona azadlıq vermək, yaxud nəyisə yasaqlamaq Rusiyanın işi deyil”, – o vurğulayıb.

İsrailin hava reydləri Rusiyanın Suriyadakı müdafiə sistemləri tərəfindən əngəllənməyib. İsrail 2015-ci ildə Rusiyayla qaynar xətt yaradıb ki, Suriyanın hava məkanında iki ölkənin qüvvələrinin təsadüfi toqquşması önlənsin.

Viktorov-un sözləri Rusiya tərəfdən ilk belə bəyanatdır. Ancaq İsrail rəsmiləri ötən həftə deyirdilər ki, Rusiya onlara İran qüvvələrinin Suriyayla sərhədin 100 kilometrliyində saxlanmasını təklif edib. Söhbət İsrailin tutduğu Golan Yüksəkliyi ilə sərhəddən gedir. Bu təklifin Netanyahu ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov arasında Qüdsdə keçirilən görüşündə səsləndirildiyi bildirilirdi.

İyunun 19-dan Suriya hökumət qüvvələri Golan yaxınlığındakı Daraa və Quneitra vilayətlərinin geri alınması üçün əməliyyata başlayıb. İsrail qüvvələri o vaxtdan yüksək hazırlıq vəziyyətinə gətirilib.

İsrail 1967-ci ildə altıgünlük müharibəsi zamanı Suriyanın Golan Yüksəkliyinin 1200 kvadrat kilometrini ələ keçirib. Beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG