Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:39

Pussy Riot üzvləri həbsdən çıxan kimi saxlanıblar


Pyotr Verzilov

İyulun 30-da Rusiya polisi Pussy Riot pank rok qrupunun dörd üzvünü həbsdən çıxan kimi saxlayıb. Onlar Moskvada futbol üzrə dünya kubokunun finalında etiraz etdiklərinə görə 15 sutkalıq həbsə məhkum edilmişdilər.

“Frans Pres”in reportyoru Veronika Nikulshina, Olga Kuracheva və Olga Pakhtusova-nın təcridxanadan çıxdıqlarını, bir neçə saniyədən sonra yenidən polis maşınına mindirildiklərini görüb.

Moskvada başqa bir təcridxanadan buraxılmış fəal Pyotr Verzilov isə tvitində yazıb ki, polis onu saxlayıb və Lujniki stadionu yaxınlığındakı polis şöbəsinə aparılır.

“Deyirlər ki, bizi bu gecə həbsdə saxlayacaqlar”, – o yazıb.

Pakhtusova isə polis maşınından video paylaşıb, hakimiyyətin onları ictimai toplantılar barədə qanunu pozmaqda ittiham etdiyini deyib.

“Təcridxananın çıxışında bizi 20.2-ci maddəni pozmaqda ittiham etdilər. Heç nə demədilər, maşına basıb uzaqlaşdırdılar”, – o bildirib.

Bu ayın əvvəlində Moskva məhkəməsi fəallara 15 sutka cəza kəsib və onların 3 il ərzində idman tədbirlərinə girişini yasaqlayıb.

Dörd fəal Fransa və Xorvatiyanın final yarışmasının ikinci hissəsində Lujniki stadionuna çıxıblar. Həmin yarışı prezidentlər Vladimir PutinEmmanuel Macron izləyirdi.

Fəallar Putinə etiraz etdiklərini deyiblər, siyasi tələblər irəli sürüblər – siyasi məhbuslar buraxılsın, dinc yürüşlər zamanı həbslərə son qoyulsun və sairə.

Pussy Riot 2012-ci ilin fevralında Moskvanın mərkəzində kilsədə Putinə etiraz nəğməsi səsləndirib. Bundan sonra qrupun üç üzvü “dini nifrətə söykənən xuliqanlıq”da təqsirli bilinərək həbs olunublar.

XS
SM
MD
LG