Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 04:51

Rusiyaya sanksiyalar ‘saxlanacaq’


Donald Trump, Vladimir Putin və Giuseppe Conte-nin futbolçu kimi əks olunduğu plakat

ABŞ prezidenti Donald Trump və İtaliyanın baş naziri Giuseppe Conte Rusiyaya sanksiyaları qaldırmaq planları olmadığını deyirlər.

İyulun 30-da Ağ evdə keçirilən mətbuat konfransında Conte deyib ki, Avropa İttifaqının sanksiyalarının qaldırılması “ağlagəlməz” olardı. Sanksiyalar 2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra qoyulub.

Conte-nin koalisiya hökumətinin bəzi üzvləri sanksiyaların qaldırılmasını, Rusiyayla münasibətlərin yaxşılaşdırılmasını istəyirlər. Ancaq İtaliya lideri bu yaxınlarda sanksiyaların daha altı aylığa uzadılmasını dəstəkləyib.

Trump deyib ki, Birləşmiş Ştatlar da Aİ ilə eyni vaxtda qoyduğu sanksiyaları qüvvədə saxlayacaq. Trump iyulun 16-da Helsinkidə rusiyalı həmkarı Vladimir Putin-lə sammitdən sonra sərt tənqidlə üzləşib, Rusiyaya münasibətinə görə məzəmmət olunub.

“Rusiyaya sanksiyalar olduğu kimi qalacaq”, – Trump bir jurnalistin sualına cavabında deyib.

Trump-Putin sammitindən sonra konqresin bəzi üzvləri Rusiyaya sanksiyaların gücləndirilməsinə çalışırlar.

XS
SM
MD
LG