Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:34

Modi və Khan regionda sülhü müzakirə ediblər


Pakistanlılar Imran Khan-ın posteri yanında

Hindistanın baş naziri Narendra Modi Pakistandan Imran Khan-a zəng edərək onu parlament seçkisində qələbəsi münasibətilə təbrik edib. Tərəflər regionda sülhün bərqərar olacağına ümidlərini dilə gətiriblər.

Khan-ın Tehrik-e Insaf (PTI) partiyası 25 iyul seçkisindən qalib çıxıb. Ölkədə seçkiöncəsi saxtalaşdırma və digər pozuntularla bağlı ittihamlar səsləndirilib.

Bu iki nüvə silahlı rəqib ölkənin münasibətləri hamar deyil, diplomatik mübahisələr, mübahisəli Kəşmir regionu üzündən birbaşa danışıqlar dayanıb.

Pakistanın baş nazir olacağı gözlənən Khan qələbə nitqində deyib ki, Kəşmirlə bağlı ərazi mübahisəsini həll etmək istəyir. “Əgər Hindistan bizə tərəf bir addım atsa, biz ikisini atarıq”, – o söyləyib.

Khan hazırda müstəqil namizədlər və kiçik partiyalarla koalisiya hökuməti qurmağa çalışır.

XS
SM
MD
LG