Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:33

Kocharian-ın həbsi siyasi proseslərə ‘ciddi zərbə vuracaq’


Robert Kocharian "Yerkir Media" televiziyasına müsahibə verir, 26 iyul, 2018-ci il
Robert Kocharian "Yerkir Media" televiziyasına müsahibə verir, 26 iyul, 2018-ci il

Ermənistanın ikinci prezidenti Robert Kocharian ətrafında baş verənlərin demokratiya, hüququn aliliyi, məhkəmə sisteminin müstəqilliyi ilə heç bir əlaqəsi yoxdur. Belə bir bəyanatla Respublikaçı Partiyasının parlament fraksiyası çıxış edib.

Fraksiya Kocharian-a ittihamlar və onun həbsinə dair qərarla tanış olduğunu, “bu cinayət işinin Ermənistanda daxili siyasi inkişafa ciddi zərbə vuracağını” bildirir.

“Oxşar əsaslandırılmamış ittihamlar ölkədə ictimai parçalanma tendensiyasını gücləndirir. Bu özəlliklə, Ermənistan və Artsax (Qarabağ) ətrafındakı həyəcanlı çağırışlar fonunda təhlükəlidir”, – bəyanatda vurğulanır.

Robert Kocharian və keçmiş müdafiə naziri Mikayel Harutyunian
Robert Kocharian və keçmiş müdafiə naziri Mikayel Harutyunian

Fraksiya əmin edir ki, “qaldırılmış cinayət işi qanunilik, konstitusion baxımdan narahatlıq yaradır, təkcə insan hüquq və azadlıqlarının pozulmasına gətirməz, Ermənistanın beynəlxalq, həmçinin hüquqi instansiyalarda reytinqinin və nüfuzunun azalmasıyla sonuclanar”.

Respublikaçıların fraksiyası bəyan edir ki, bu məsələni və onun ətrafında baş verənləri parlament diplomatiyası, uyğun beynəlxalq formatlarda qaldıracaq.

Partiya ötən cümə günü də bəyanat yaymış, Robert Kocharian-a irəli sürülmüş ittihamın “siyasi təqib təəssüratı yaratdığını, hüquqi baxımdan absurd olduğunu” vurğulamışdı.

Kocharian iyulun 26-da 2008-ci il 1 mart hadisələri ilə əlaqədar dindirilib. Ona konstitusion quruluşu devirməklə bağlı ittiham irəli sürülüb. İyulun 27-də axşam isə barəsində həbs qətimkan tədbiri seçilib.

2008-ci il prezidenti seçkisində Serzh Sarkisian-ın qalib gəldiyi elan edilincə müxalifət kütləvi etiraz aksiyalarına başlayıb. Martın 1-də güc orqanları ilə toqquşmalarda 10 nəfər həlak olub, yüzlərlə adam yaralanıb.

Sarkisian 10 il prezident postunda qalandan sonra bu ilin aprelində baş nazir postuna keçib. Ancaq küçə etirazları nəticəsində istefa verməli olub, müxalifət lideri Nikol Pashinian hakimiyyətə gəlib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG