Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Geylər Çeçenistandan gedir


Çeçenistanda LGBT hüquqlarının pozulmasına Londondakı Rusiya səfirliyi qarşısında etiraz aksiyası, 2 iyun, 2017-ci il
Çeçenistanda LGBT hüquqlarının pozulmasına Londondakı Rusiya səfirliyi qarşısında etiraz aksiyası, 2 iyun, 2017-ci il

Ötən ilin əvvəlindən 125 LGBT üzvü Çeçenistandakı təqiblərdən qaçıb. Bu haqda “Kommersant” qəzetinə Rusiyanın LGBT icmasının fəalları məlumat veriblər. Onların bildirməsinə görə, hüquq-mühafizə orqanları 49 nəfərin qeyri-ənənəvi oriyentasiyasını etiraf etməsinə nail olub və onlardan tanışları haqda informasiya tələb edib.

37 nəfər hüquq müdafiəçilərinə saxlanarkən məruz qaldıqları işgəncələrdən danışıblar.

LGBT təmsilçilərinin qohum və tanışlarının çoxu hədələrə görə respublika ərazisini tərk ediblər. Bəziləri artıq Rusiyadan çıxıb, digərlər köçməyə hazırlaşır.

Rusiyanın LGBT şəbəkəsi hakimiyyət orqanlarının Çeçenistanda geylərin təqibə məruz qaldığını təsdiqləməməsindən narahatdır. Bu yaxınlarda Rusiya təmsilçisi BMT-nin işgəncələrə qarşı komitəsində bəyan edib ki, qeyri-ənənəvi oriyentasiyası olanlara qarşı güc tətbiqi barədə deyilənlər təsdiqini tapmayıb.

Çeçenistan hakimiyyəti isə daha öncə demişdi ki, regionda LGBT təqib olunmur, heç gey də yoxdur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG